"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İmişli rayonu Məzrəli bələdiyyəsinin sədrini tanıyaq

--2020-06-23 / 17:33

Kazımov Babək Əfsəl oğlu 1961-ci ilin oktyabrın 19-da İmişli rayonu Çaxırlı kəndində anadan olub.

1976-ci ildə Çaxırlı kənd səkkizillik məktəbi, 1978-ci ildə Məzrəli kənd orta məktəbini və 1988-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildən 1980-ci ilə kimi Araz Pambıq Tədarükü məntəqəsində və Bəhrəmtəpə Dəmir Beton məmulatları zavodunda başlayıb.

1980-1982-ci llərdə hərbi xidmətdə olub.

1989-2000-ci llərdə Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində çalışıb.

1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərinə qatılıb və Çaxırlı bələdiyyəsinə üzv, 2000-ci ilin yanvarından isə bələdiyyə sədri seçilib.

2004-2009-cu illərdə keçirilən bələdiyyə seçkilərində üzv və sədr seşilib. 2011-noyabrın 30-dək Çaxırlı bələdiyyəsinin sədri olub.

Bələdiyyələrin birləşdirlməsiylə əlaqədar təkrar keçirilən seçkilərdə bələdiyyə üzvü və Məzrəli bələdiyyəsinə sədr müavini, 2014 və 2019-cu ildə keçirilən seçkilərdə qalib olan B.Kərimov 2015 və 2019-ci ilin yanvarından Məzrəli bələdiyəsinnin sədri seçilib.

Hazırda bələdiyyə sədri kimi fəaliyyətini davam etdirir.

Ailəlidir, iki övlad atasıdır.

ŞƏRHLƏR