"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İlkin olaraq belə qənaətə gələ bilərəm ki...

--2020-02-10 / 05:57

Seçki başa çatdı. Bəlkədə MSK bu seçkiyə bu qədər maraq olacağını gözləmirdi. Amma seçki prosesi rəngarəngliyi ilə seçildi və tarix yazdı. Çox saylı namizədlər, müəyyən siyasi mübarizələr, gərginliklər və sair və ilaxır. Seçki prosesində bütün bu hallari normal qarşılamaq lazımdır.

Fikrimcə, ölkə də seçki prosesində müsbət istiqamətə doğru daha bir addım atıldı. Seçici fəalliğının artmasında sosial medianın da önəmli rolu olduğu demək lazımdır. Mənə xarici müşahidəçilərin fikri maraqlı olmasa da əsas odur ki, seçki prosesində irəliləyişlər var. Bu faktı danmaq olmaz. Qeydiyyat məsələsində, şəffaflığın təmin edilməsində, kameralar vasitəsiylə izlənilməsində müəyyən mənada irəliyə doğru addımlar atılmışdı. Şəxsən mən internet üzərindən MSK saytından bəzi məqamları izləmişəm.

Sözsüz ki, təbliğat psosesində qurama, səhnələşdilrilmiş məqamlar çox olsa da, bütün təbliğat sosial media üzərində qurulmasında hər hansı problem olmadı.

İlkin olaraq belə qənaətə gələ bilərəm ki, MSK-nın yerlərdəki bir sıra DSK və MnSK-dakı təmsilçiləri yeni abu-havaya hazır deyildilər. Qısası, köhnə vərdişlərindən əl çəkə bilməmişdilər. Bu addımlar isə istər istəməz ölkədə aparılan islahatın ruhuna da öz təsirini göstərməmiş deyil.

Odur ki, MSK bütün müraciətlərə diqqətlə baxmalı , insanlarda bir gün ərzində yaradılan şübhələri aradan qaldırmaq üçün ədalətli qərar qəbul etməyə hazır olmalıdır.

Adları lider namizədlər sıraında yer alan Kamran Bayramovu, Bəxtiyar Əliyevi, Azay Quliyevi, Tahir Rzayevi, Azər Badamovu, Fazil Mustafanı, Adil Əliyevi, Pərvin Kərimzadəni, Nəsib Məhəməliyevi və ilk dəfə seçilən Vüqar Bayramovu və Səbinə Xasayevanı ürəkdən təbrik edirəm.

 Vüqar Tofiqli

"Bələdiyyələri fəaliyyətinin təbliği" İctimai birlinin sədri

ŞƏRHLƏR