"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İlham Xəlilov vətəndaşların qəbulunu keçirib

--2018-11-06 / 16:01

Binəqədi rayon Biləcəri bələdiyyəsinin inzibati binasında vətəndaşların səyyar qəbulu keçirilib.

Qəbulda Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovla bərabər müavinləri Samirə Həsənova, Nazir İsgəndərov da iştirak edib.

Qeyd edək ki, bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.

Qəbulda on nəfər qəsəbə sakini iştirak etdiyi bildirilir.

Sakinlər ayrı-ayrılıqda fərdi şəkildə qəbul edilmiş, onları narahat edən problemlərin həlli üçün geniş müzakirə aparılmış və müsbət həlli məqsədilə qısa müddətdə tədbir görüləcəyi bildirilmişdir. Qəbulda bələdiyyədən asılı olmayan məsələlər barəsində müvafiq sturkturlar qarşısında rəsmi müraciətlərin ediləcəyi qeyd edilmişdir.

Belediyye.info    

ŞƏRHLƏR