"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İlham Xəlilov səyyar qəbul keçirib

--2018-10-17 / 16:08

“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı,maarifləndirilməsi və öhdəlikləri”şüarı altında Biləcəri qəsəbəsi, N.Həşimi küç. 2 ünvanında yerləşən xeyir-şər evində “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir” mövzusunda Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov sakinlərlə səyyar görüş keçirib. Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.

Keçirilən görüşdə Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova və İcraçı katib L.Mədətova iştirak edirdilər.

Görüşü Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra bələdiyyə sədri İlham Xəlilov sakinlərlə canlı təmasda olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində bələdiyyənin məsul şəxslərinə müvafiq tapşırıqlarını verib.

Belediyye.info

ŞƏRHLƏR