"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İctimai birlik Yasamal Bələdiyyəsinin şöbə müdirini təltif edib

--2021-04-05 / 17:37

Yasamal Bələdiyyəsinin Ərazi idarəetmə şöbəsinin müdiri Rizvan Mahmudov Azərbaycan Qarabağ  Muharibəsi Əlilləri,  Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Vətənpərvərlik işinə xidmətlərinə görə" medalı ilə təltif edilib.

Bununla bağlı Yasamal bələdiyyəsində təqdimat keçirilib.  Toplantıda İctimai birliyin rəsmiləri Yasamal bələdiyyəsinin və o cümlədən R.Mahmudovun II Qarabağ müharibəsi dövründə   orduya dəstək və vətənpərvərlik nümunəsi göstərdiyini xüsusi ilə qeyd etmiş və birlik üzvləıri adından təşəkkürünü bildimişdir. 

R.Mahmudov öz növbəsində vətənimizin belə ağır günlərində, torpaqlarımızın erməni işğalından azad edildiyi bir vaxtda hər bir vətəndaşın dəstək göstərdiyi və ölkə başçısı ətrafında sıx birləşdiyindən qürur duyduğunu və bundan sonrada vətəndaş olaraq nümunə olacağını dilə gətirib. 

R.Mahmudov bundan əvvəl Mudafiə Nazirliyinin və  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin “Fəxri Fərman”larıyla təltif edilmişdir.

Qeyd edək ki, 06 aprel 1962-ci ildə Gürcustan Respublikasının Qardabanı rayonunun Kosalı kəndində anadan olan, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirən Rizvan Mahmudov 2020-ci ilin yanvarından Yasamal bələdiyyəsinin Ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışır.

Əlavə edək ki, hazırda Yasamal bələdiyyəsi ölkə bələdiyyələri arasında qabaqcıl bələdiyyələr sırasındadır.

 Belediyye.info

 P.S. Bu gün həmdə Rizvan Mahmudovun ad günüdür. Bu münasibətlə Belediyye.info olaraq R.Mahmudovu təbrik edir və inanırıq ki, fəaliyyətiylə bundan sonra da Yasamal bələdiyyəsinin inkişafına öz töhvəsini verəcəkdir.

ŞƏRHLƏR