"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İctimai birlik bələdiyyələr üçün yeni internet resurs yaradır

--2015-05-16 / 16:21

“Bələdiyyələrin fəaliyyətinin təbliği”  İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra  formalaşmış bələdiyyələrə izah edilməsi nəzərdə tutulur. Təşkilat  həmçinin layihə çərçivəsində yeni internet resurs yaratmaqla bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətindədir.  Layihənin ana xəttini təşkil edən bələdiyyələrin informasiya məlumat-bazasını özündə ehtiva edən internet resursu vasitəsiylə bələdiyyə üzvlərinə  digər hüqiqi xidmətlər təşkil edəcəkdir. İctimai birlik əmindir ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə  bələdiyyələr arası əlaqənin qurulmasına təkan veriləcək, həm də  onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır.

Xatırladaq ki,  2014-cü ilin dekabrında ölkəmizdə keçirilən bələdiyyə seçkilərində yeni seçilən 15.035 bələdiyyə üzvünün  48% -i ilk dəfədir ki seçilibdir. 

Qeyd edək ki, ötən ildə prezident təsdiqindən sonra qüvvəyə minən bir sıra qanun və hüquqi sənədlər, artıq cari ildən qüvvəyə minmişdir. Əmlak vergisinin yığımıyla bağlı prezident fərmanı bələdiyyələrə əmlak vergisinin yığımına müsbət mənada ciddi təsir edəcəkdir. Lakin regionda bələdiyyələr tərəfindən əmlakın uçotunun elektronlaşdırımaması, habelə əmlakın yeni dərəcələri haqqında bilgilərin olmaması gələcəkdə əmlak vergisinin yığımına mənfi təsir edə bilər. Layihə çərçivəsində Bakının Suraxanı, Ağdam və Tərtər rayonlarındakı bələdiyyələrə qrup şəklində hüquqi dərslər təşkil ediləcək və qeyd edilən məsələlərlə bağlı metodik tövsiyyələr veriləcəkdir.

Təşkilat inanır ki, qəbul edilmiş qanun  və hüquqi sənədlərdən irəli gələn məqamların yeni seçilmiş bələdiyyə üzvlərinə izah edilməsi məqsədiylə  hüquqi dərslərin təşkili ümumi işin xeyrinə olan addım kimi qəbul edilə bilər. Nəticə etibarıylə Bakıda (Suraxanı rayonu üzrə 6 bələdiyyə olmaqla ) o cümlədən sərhədyanı bölgələrdə (Ağdam rayonu üzrə 14 bələdiyyə və Tər-tər rayonunda 25 bələdiyyə olmaqla) cəmi 306 bələdiyyə üzvünə yeni yaradılan informasiya resursu vasitəsiylə hüquqi yardım göstəriləcəkdir. 

Elektron informasiya-məlumat bazasının yerləşdiyi internet resursda bələdiyyə üzvləri haqqında geniş səpgili məlumat, o cümlədən onlarla əlaqə məlumatları daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə üzvlərin təmsil olunduğu bələdiyyənin ötən beşillikdəki fəaliyyətini özündə əks etdirən hesabat xarakterli  məlumatların elektron bazaya daxil edilməsi nəzərdə tutulur.  Resursa Azərbaycan bələdiyyə sisteminə aid yeni hüquqi sənədlər toplusuda  daxil ediləcək və disk formatında bələdiyyələrə paylanılacaqdır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği”  İctimai Birliyi

17.04.2014

ŞƏRHLƏR