"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İcra başçısı üçün özəl gün

--2019-02-12 / 00:57

Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin doğum günüdür. 

******************************************************************

Mehdi İldırım oğlu Səlimzadə 1955-ci ilin fevral ayının 12-də anadan olub. 1977-ci ildə Azərbaycan Tibb Universitetini, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini, 2010-cu ildə isə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.

2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.

2004-2016-cı illərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.

Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.

2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla təltif eidlib.

2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla   III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

10 iyun 2016-cı il tarxili Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

P.S. Belediyye.info olaraq hörmətli   Mehdi Səmizadənin ürəkdən təbrik edirik 

http://belediyye.info/new/details/--2784.htm

ŞƏRHLƏR