"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İcra başçısı Potu kəndində yeni həkim məntəqəsinin tikintisinin gedişi ilə maraqlanıb

--2020-07-08 / 14:17

Bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda da abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri, o cümlədən səhiyyə müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 08 iyul 2020-ci il tarixdə rayonunun Potu kəndində yeni həkim məntəqəsinin tikintisində inşaat işlərinin gedişi ilə maraqlanmışdır.
Məluat verildi ki, Potu kəndində yeni həkim məntəqəsinin tikintisinə cari ilin əvvələrində başlanılmış, ötən müddət ərzində tikinti işləri tam başa çatdırılmış, kommunkinasiya xətləri çəkilmişdir. Hazırda binada son tamamlama işləri aparılır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən həkim məntəqəsinin
ümumi sahəsi 216 kv.m-dir.
Həkim məntəqəsində kənd əhalisinə yüksək səviyyəli tibb xidməti göstərilməsi üçün hər bir şərait yaradılacaq, məntəqə yeni tibbi avadanlıqları ilə təmin olunacaqdır.
Potu kəndində yeni həkim məntəqəsinin tikilməsi ölkə rəhbərliyi tərəfindən əhalinin sağlamlığına gsötərilən qayğının bariz nümunəsidir.

http://goychay-ih.gov.az/news/627.html

ŞƏRHLƏR