"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İcra başçısı Bayıl sürüşmə zonasından köçürülən sakinlərlə görüşüb

--2018-03-13 / 10:04

Bayıldakı   «Riviera»   mehmanxanasında   Bayıl   yamacında   baş   vermiş sürüşmə ilə əlaqədar   həmin ərazidən köçürülmüş sakinlərlə   Səbail   Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilib. Bu barədə məlumatı Qaradağ RİH yayıb.

Yel çərşənbəsi günü təşkil olunan və bayram süfrəsi arxasında toplaşanları salamlayan RİH başçısı ilk növbədə iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasıbəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Bildirilmişdir   ki,   yamacdakı   məlum hadisələrlə bağlı burada   məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra   təxirəsalınmaz   tədbirlər   görülmüş,   əhalı   vaxtında   təhlükəli   zonadan köçürülmış,   müvəqqəti   sığınacaq   yaradılmış,   vətəndaşların   digər   sualları   həll olunmuşdur.   Buradakı   evlərin   böyük  əksəriyyətinin   heç   bir   sənədi   olmayan qanunsuz   tikililər   olmasına   baxmayaraq     dövlər   tərəfindən   ilk   növbədə vətəndaşların   mənafeyi   nəzərə   alınaraq   buradakı   98   evdə   yaşayanların   kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu   işlər   həyata   keçirilib.   Evləri   tam   uşmuş   vətəndaşlara   isə   birdəfəlik kompensasiya ödəniləcəkdir. Hazırda ərazidə   mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların   rəyi   nəticəsində   yamacdakı   evlərin   gələcək   taleyi   ilə   bağlı   qərar verıləcəkdir. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir. Tədbirdə iştirak edən vətəndaşların çoxsaylı sualları RİH başçısı tərəfindən cavablandırılib, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Səmimi   şəraitdə   keçən   görüşün   sonunda   sürüşmə   ərazisindən   köçürülən ailələrə novrüz sovqatları təqdim olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR