"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İçimizi də “partlamamış erməni mina”larından təmizləməliyik

--2020-11-15 / 08:16
İndi televiziya kanallarının birində çıxış edən milli metrlərimizdən biri, xalq yazıçısı Çingiz Abdullayev maraqlı bir məqama toxundu. Demək Rusiya mərkəzi televiziyalarında çıxışı zamanı Çingiz Abdullayev babasının Şuşadakı qəbrini ziyarət edə bilmədiyini dilə gətirmişdi.
Təsəvvür edin ki, içimizdəki erməni xisləti şərəfsiz zəng edib Moskvadakı ozünə oxşarlara deyib ki, bəs Çingiz Abdullayevin babası Şuşada yox, Bakıda dəfn olnub. Bununla bağlı rusiyalı jurnalist həmin faktı Çingiz müəllimə söyləyəndə cavab ləngiməyib: “Bəli düzdür. Ancaq hər birimizin iki babası və iki nənəsi olur. Mənimdə babamın biri Pirşağı qəbrstanlığında, digəri isə Şuşada dəfn olunub.”
Xalq yazıçısının dediyi bu fakt həqiqətən məni silkələdi.
Əslində bildiyim qədər milli metr hesab etdiyim bir yazıçının Ağdamla, Şuşa ilə Qarabağla qan bağlılığı çoxdur. Və bunu daim çıxışlarında da deyir. Çingiz Abdullayevin daim ürəkli, qorxmadan, obyektivliyə söykənən faktları dilə gətirməyində də onun Qarabağla bağlılığını sezmək olar.
Ancaq məni narahat edən başqa məsələdir. Ərinməz-ərinməz Rusiyaya zəng edib bu təxribat xarakterli fikri kim deyib? Hansı şərəfsiz, hansı əxlaqsız, erməni xislətli qəbilə üzvünün bu fikri çatdırmaqda məqsədi nə olub?
Biz müharibəni Ali Baş komandanın qətiyyətli addımlarıyla demək olar ki , qələbə ilə, zəfərlə başa çatdırdıq. Ancaq görüləsi işlərimiz bundan qat-qat çoxdur.
Ən əsası ideoloji işimizi birə beş artırmalıyıq. Hər sözümüzə, hər addımımıza, hər hərəkətimizə belə diqqətlə yanaşmalı, hər daim bir nöqtəyə vurmaqla yumruq kimi olduğumuzu düşmənə də göstərməliyik.
Çalışmalıyıq ki, biz işğaldan azad etdiymiz əraziləri erməni minalarından təmizləməklə yanaşı, içimizi də “partlamamış erməni mina”larından təmizləyək. Artıq başqa yolumuzda yoxdur. Əks halda daha çətin məqamlarla üz-üzə qala bilərik.
Vüqar Tofiqli
ŞƏRHLƏR