"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması haqqında -METODIK TÖVSİYƏ

--2020-06-10 / 14:53

İcarə haqlarının bazar qiymətlərinə

uyğunlaşdırılması haqqında

 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin nəticələri ümumiləşdirilərkən bir sıra bələdiyyələrin icarədə olan torpaq sahələrinin icarə haqlarının real bazar qiymətindən xeyli aşağı olması məlum olmuşdur.

Bələdiyyə mülkiyyətinə aid icarəyə verilən torpaq sahələri barədə toplanmış məlumatlar öyrənilərkən məlum olur ki, torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğunlaşdırılmamışdır. Baxmayaraq ki, respublikamızda sosial-iqtisadi inkişaf, eləcə də bütün sahələrdə aparılan islahatlar bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə, bunun üçün isə ilk növbədə yerli büdcələrin imkanlarının gücləndirilməsinə diqqətin artırılmasını labüd etmişdir.

Qeyd olunur ki, həmin bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən bu məsələyə etinasız yanaşılması bələdiyyənin maliyyə imkanlarının xeyli zəifləməsinə gətirib çıxarır ki, nəticədə yerli büdcələr əhəmiyyətli vəsaitlərdən məhrum edilərək, bələdiyyə mənafeyinə mühüm ziyan vurulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər.

Həmin Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər.

Göstərilənlər nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid bazar qiymətindən aşağı qiymətə icarədə olan torpaq sahələrinin icarə haqlarının qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılması üçün bələdiyyə iclasına əsaslandırılmış məsələ çıxararaq müzakirə edilməsi, müvafiq bələdiyyə qərarı əsasında qarşı tərəfə müraciət edilməsi, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldlrılması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrə metodoloji kömək məqsədi ilə məsələ üzrə bələdiyyə qərarının, icarədarlara müraciətin və məhkəməyə veriləcək iddianın nümunələri hazırlanmışdır.

Qeyd olunan nümunələr xidməti istifadə üçün əlavə olunur.

    

Qoşma: 4 vərəq

Bələdiyyələrlə iş mərkəzi

  

______ rayonu, ______ kəndi

Məmməd Məmmədova

 

______ bələdiyyəsinin mülkiyyətinə aid ___ ha (əkin, örüş, biçənək və sair uqodiyası göstərilməklə) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyənin 01.01.2001-ci il tarixli 01 saylı qərarına əsasən Sizinlə bələdiyyə arasında 01.01.2001-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır.

İcarə müqaviləsi bağlanan zaman icarə haqqı 1 ha üçün __ manat müəyyən edilmişdir.

Ötən müddət ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımlar baş verdiyindən icarəyə verilmiş torpaq sahəsinin icarə haqqının mövcud qiymətlərə uyğunlaşdırılmasına zərurət yaranmışdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq icarənizdə olan torpaq sahəsnin icarə haqqının mövcud bazar qiymətinə uyğunlaşdırılması məqsədi ilə qarşılıqlı razılaşma əsasında müqavilənin icarə haqqı şərtinin dəyişdirilərək 1 ha üçün ___ manat müəyyən edilməsi üçün bələdiyyəyə dəvət olunursunuz.

15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılması ilə razı olmadığınız halda və ya bildirişə cavab verilmədikdə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və icarə haqlarının real bazar qiymətinə uyğunlaşdırılması tələbi ilə ______ məhkəməyə müraciət olunacağı nəzərinizə çatdırılır.

 Qeyd: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər.

Həmin Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər.

 

 

 

________ bələdiyyəsinin

sədri                                                                                       ________ _________

 

 

_______ rayonu _______ bələdiyyəsinin _____ tarixli __ saylı iclas

qərarının nümunəsi

 

 

  1. Torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsini nəzərə alaraq Məmmədov Məmməd Məmməd oğlunun (adı, soyadı, atasının adışərtidir) icarəsində olan __ ha (əkin, örüş, biçənək və sair uqodiyası göstərilməklə) torpaq sahəsnin icarə haqqının mövcud bazar qiymətinə uyğunlaşdırılması məqsədi ilə qarşılıqlı razılaşma əsasında müqavilə şərtinin icarə haqqı hissəsinin dəyişdirilərək 1 (bir) ha üçün __ manat müəyyən edilməsi üçün ona bildiriş göndərilsin.
  2. İcarəsində olan torpaq sahəsinin icarə haqqının qarşılıqlı razılaşma əsasında göstərilən qiymətə uyğunlaşdırılması ilə qarşı tərəf razı olmadıqda və ya 15 gün ərzində bildirişə cavab vermədikdə icarə müqaviləsinin şərtinin dəyişdirilməsi və icarə haqqının göstərilən qiymətə uyğunlaşdırılması tələbi ilə müvafiq məhkəməyə müraciət olunacağı Məmməd Məmmədovun nəzərinə çatdırılsın.

 

  1. Göstərilən müddətdə qarşılıqlı razılıqla müqavilə şərtinin icarə haqqı dəyişdirilmədiyi halda müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi vəzifə olaraq bələdiyyə sədri ____ _____ tapşırılsın.
  2. Qərarın icrasına nəzarət bələdiyyə sədrinə (adı, soyadı, atasının adı) həvalə edilsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                   _______ Məhkəməsinə

 

 

                           İddiaçı:                _________ bələdiyyəsi

                                                 

                            Ünvan:                  _______ rayonu, _______ kəndi

                                                     

                            Cavabdeh:            Məmmədov Məmməd Məmməd oğlu

                            Ünvan:                  ______ rayonu, ______ kəndi,

                                                          

                                                                      

                          

     İ D D İ A  Ə R İ Z Ə S İ

 

(müqavilə şərtinin dəyişdirilərək torpaq icarəsi haqqının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması haqqında)

            

           ______ bələdiyyəsinin _____ tarixli ____ saylı qərarına əsasən M.Məmmədovla bələdiyyə arasında ___ ha (əkin, örüş, biçənək və sair təyinatı, uqodiyası göstərilməklə) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 01.01.2001-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin icarə haqqı şərtinin mövcud qiymətlərə uyğunlaşdırılması barədə,

 

İşin halları:

  

Respublikamızda sosial-iqtisadi inkişaf, eləcə də bütün sahələrdə aparılan islahatlar bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə, bunun üçün isə ilk növbədə yerli büdcələrin imkanlarının gücləndirilməsinə diqqətin artırılmasını labüd etmişdir.

Bu səbəbdən də ötən müddət ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımlar baş verməsini nəzərə alaraq bələdiyyənin _____ tarixli (protokol №01) iclasında bələdiyyə mülkiyyətinə aid icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud qiymətlərə uyğunlaşdırılması barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar ______ bələdiyyəsinin _____ tarixli ____ saylı qərarına əsasən M.Məmmədovla bələdiyyə arasında ___ ha (əkin, örüş, biçənək və sair uqodiyası göstərilməklə) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 01.01.2001-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin icarə haqqı şərtinin mövcud qiymətlərə uyğunlaşdırılması barədə ona 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılması, razı olmadığı halda və ya bildirişə cavab verilmədikdə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və icarə haqlarının real bazar qiymətinə uyğunlaşdırılması tələbi ilə ______ Rayon Məhkəməsinə müraciət olunacağı bildirilmişdir. Lakin icarəçi M.Məmmədov icarə müqaviləsinin şərtinin mövcud qiymətə uyğunlaşdırılması ilə razı olmamışdır (və ya 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılması ilə bağlı bildirişə cavab verməmiş və bələdiyyəyə gəlməmişdir).

 

Tələbin hüquqi əsasları:

 

Azərbaycan Respublikası Konstitusiyasının 143.1-ci maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.

Konstitusiyanın 144.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir.

Konstitusiyanın 145.1-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər.

Həmin Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 717-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 25-cı maddəsinə əsasən

 

X A H İ Ş   O L U N U R:

 

-  ______ bələdiyyəsinin _____ tarixli ____ saylı qərarına əsasən M.Məmmədovla bələdiyyə arasında ___ ha (əkin, örüş, biçənək və sair uqodiyası göstərilməklə) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 01.01.2001-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq ____ manat müəyyən edilsin.

 

             Qoşma:

    1.         İddia ərizəsinin surəti – 2 nüsxədə, 6 vərəqdə;

   

 

 

 

         ______ bələdiyyəsinin sədri                                       _______ ____________

 

 

 

                                                                                       Bütün bələdiyyələrə

 

 

 

 

 

 

                             

ŞƏRHLƏR