"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov üçün özəl gün

--2018-12-02 / 19:10

Hüseynov Hümbət Rəhim oğlu   03 dekabr 1963-cü ildə anadan olmuşdur.

1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini bitirmişdir. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin dissertantı olmuşdur. Texnika elmləri namizədidir.

Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlamış, sonra büro rəisi vəzifəsində çalışmışdır.

1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin mütəxəssisi, hüquqşünası vəzifələrində çalışmışdır.

17.12.2004-cü ildə respublikada keçirilmiş II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilmişdir.

2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçilmişdir.

23.12.2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək təkrarən bələdiyyə üzvü seçilmişdir. 26.01.2010-cu il tarixli bələdiyyə iclasının qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilmişdir.

23.12.2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə bələdiyyə üzvü seçilmişdir. 30.01.2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilmişdir.

06.09.2012-ci ildə və 23.04.2015-ci ildə növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilmişdir. Eyni zamanda, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Binəqədi rayon təşkilatının Siyasi Şurasının üzvüdür. YAP-ın M.Ə.Rəsulzadə bələdiyyəsi üzrə ərazi ilk partiya təşkilatının sədridir.

Evlidir, üç övladı var.

ŞƏRHLƏR