"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov Macarıstanda səfərdə olub

--2019-06-15 / 12:00

Sürətli urbanizasiya, iqlim dəyişikliyi və şəhər xidmətlərinə, o cümlədən nəqliyyat və səhiyyə xidmətlərinə artan yükü ilə qarşılaşan Avropa şəhərləri ağıllı şəhər texnologiyalarını inkişaf etdirərək adaptasiya olmalıdır. Bu məsələ ilə bağlı               14 iyun 2019-cu il tarixində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Macarıstanın Varpalota şəhərində keçirilmiş "Ağıllı Şəhərlər: Demokratik və İnklyuziv Şəhərlər" mövzusunda konfrans təşkil etdi.

Bu barədə konfransda iştirak edən Azərbaycanın Yerli və Regional Hakimiyyətlər Orqanlarını təmsil edən Milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.

Daha sonra Hümbət Hüseynov bildirib ki, Varpalota Şəhər Şurasının ev sahibliyi etdiyi Konfrasın açılışı İdarəetmə Komitəsinin sədri Robert Gruman və “Ağıllı Şəhərlər” mövzusunda hesabatla çıxış edən Konqres üzvü Martin Fodor etdilər.

Konfransda şəhərlər daha inklyuziv olmaq, vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq və innovasiyaların həqiqi mərkəzlərinə çevirilmək üçün texnologiyalardan necə istifadə ediləcəyi məsələləri diqqət mərkəzində saxlanılıb. İştirakçılar bu texnologiyalarla bağlı idarəetmə məsələlərini, xüsusilə də şəhər xidmətlərinin idarə edilməsi və demokratik proseslərdə iştirak etmək, həmçinin yerli demokratiyaya necə təsir göstərə biləcəklərini araşdırıblar.

Konfransdan bir gün əvvəl, Konqresin İdarəetmə Komitəsi tərəfindən iclas təşkil edilərək, “Sərhəd bölgələrində vergilərin ədalətli paylanması” və “Yerli və regional hakimiyyət orqanları tərəfindən dillərin istifadəsi” mövzularına dair hazırlanmış iki hesabata baxılıb. Hər iki hesabat Konqresin 37-ci plenar sessiyasının gündəliyinə daxil olunub. Bundan əlavə Komitə tərəfindən gələcək hesabatların mövzusu olacaq yerli özünüidarəetmə orqanlarının problemləri, gələcəyi və şəhərlər və kəndlər arası qarşılıqlı inkişaf da daxil olmaqla aktual məsələlər üzrə ekspert dinləmələri keçirilib.

Belediyye.info

 

ŞƏRHLƏR