"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hər gün 300 ədəd maska tikilərək paylanılır: BƏLƏDİYYƏNİN TƏŞƏBBÜSÜ İLƏ

--2020-04-07 / 18:44

Neftçala bələdiyyəsinin dəstəyi ilə şəhərdə dərzi işləyən Ağaverdiyeva Ülviyyə Namiq qızı, həmkarı Həsənova Zemfira İsmayil qızı və Rəhimova Rüfanə Əliyusif qızı ilə birlikdə vətəndaşların koronavirusa yoluxmamağı üçün hazırladıqları 300 maskanı ehtiyacı onalara paylayıblar. 

Bu barədə məlumat Neftçala bələdiyyəsindən daxil olub.

Bələdiyyədən daxil olan məlumata görə, bu işlər mütəmadi olaraq davam etdiriləcək.

Maska paylanılan sakinlərə koronovirusla mübarizə ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. Hər sakinə xüsusi rejimli karantinlə bağlı izahat işləri aparılmış, evdə olmalarının səbəbi izah edilmişdir. Habelə vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi vurğulanıb.

Belediyye.info

ŞƏRHLƏR