"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hər bir müraciətə bələdiyyə iclaslarında diqqətlə baxılır

--2019-07-11 / 18:11

Şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsi tərəfindən 01 yanvar 2019 -cu il, 30 iyun 2019- cu il ərzində görülmüş işlər haqqında o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatı təqdim edirk

Hacıqəhrəmanlı bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə uyğun təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, qəbul olunmuş qərarların icrası təmin edilmişdir.Ötən 6 ay ərzində bələdiyyədə 9 iclas keçirilmiş baxılan məsələlərə dair, 24 qərar qəbul edilmişdir.

Keçirilən iclaslarda Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi fərman və sərəncamlardan irəli gələn Azərbaycan Respublikasının Qanunlarında edilən dəyişikliklər, şəhər İcra Hakimiyyəti, Bələdiyyələrlə İş mərkəzi, Regional Ədliyyə İdarəsi tərəfindən göndərilən tövsiyyə məktubları mütamadi olaraq müzakirə olunmuş bələdiyyə üzvləri arasında mariffləndirmə işləri aparılmışdır.

Bələdiyyəmiz 2019-cu il yarımillik fəaliyyəti Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunların tələblərinin yerinə yetirilməsinə çalışmışdır. Belə ki, müzakirə olunan məsələlərdən səkkizi büdcəyə aid məsələlərlə bağlı olmuşdur.

Belə ki, 2019-cu il fəaliyyətinin audit yoxlanılmasının aparılması məqsədilə vəsait ayrılması 2019-cu il üçün ştat cədvəlinin və əmək haqqının təsdiqi, dövlət büdcəsindən dotasiya kimi ayrılmış vəsaitin daxil olması və xərclənməsi kimi məsələlər digər 3 məsələ isə torpaq satışından daxil olan vəsaitin geri qaytarılması ilə bağlı olmuşdur. Digər müzakirə olunan 8 məsələ qəsəbə sakinləri tərəfindən daxil olmuş müraciətlərlə bağlı olmuşdur. Daxil olan hər bir müraciətə bələdiyyə iclaslarında diqqətlə baxılmışdır.

Müraciətlər iclaslarda müzakirə olunaraq təyinatı üzrə torpaq sahələrinin qanuna müvafiq qaydada ayrılması təmin olunmuşdur.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi-normativ aktlara müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərməklə ayrılır.

Bələdiyyə büdcəsinə daxil olan vəsait əhalidən yığılan torpaq, əmlak vergisindən və torpağın satışından gələn gəlirlər hesabınadır. Bələdiyyə büdcəsinin formalaşmasında əmlak və torpaq vergilərinin toplanması istiqamətində çox ciddi çətinliklərimiz var. Belə ki, əhalidən altı ay ərzində cəmi 1599.02 azn torpaq vergisi, 1784.56 manat əmlak vergisi, 8265 manat torpaq satışı, 1850 manat dövlət büdcəsindən dotasiya daxil olmuşdur.

Ümumilikdə bələdiyyə büdcəsinə 2019-ci ilin altı ayında 13.498.58 manat vəsait daxil olmuşdur.

Hacıqəhrəmanlı bələdiyyəsi əldə etdiyi qazancın 9012.00 manatını yerli özünidarə orqanının saxlanmasına, 2400 manat torpaq satışından daxil olmuş vəsaitin geri qaytarılmasına, 2065 manat isə digər xərclərə ödəmişdir.

Samirə Abışova    

Şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsinin sədri  

 

  

ŞƏRHLƏR