"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar təşkilatı: “Özünəməşğulluq proqramının icrasına bələdiyyələrin də cəlb edilməsi daha məqsədəuyğun sayıla bilər”

--2019-09-03 / 20:22

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı maraqlı təkliflə çıxış edib. Bununla bağlı Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin həyata keçirdiyi özünəməşğulluq  proqramının daha məzmunlu və problemsiz şəkildə həyata keçirilməsi, bölgələrin hərtərəfli inkişafı, yerlərdə biznesə marağın artırılması üçün hər bir bölgənin təbiətinə uyğun  regional lahiyələr işlənilməlidir. Bu layihələrin hazırlanmasında və icrasında yerli özünüidarəetmə orqanlarının da cəlb edilməsi məqsədəuyğun sayıla bilər. Bunun üçün bələdiyyə müəssisələrinin yaradılmasına müəyyən güzəştlərin tətbiq edilməsi  və  mövcud müəssisələrin güncündən də istifadə etmək olar.

Onu da əlavə edək ki, bu gün ölkəmiz  ərik, gavalı, üzüm və  digər  meyvə qurularını, hətta meyvə cemlərini  xarici ölkələrdən idxal edir. Məhz yaradılacaq bələdiyyə müəssisələrində də bu layihələri həyata keçirmək olar.

Qeyd edək ki, yuxarıda göstərilən təkliflərin icra edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regional inkişaf layihələrinin icrasına hərtərəfli  dəstək verilmişdir, infrastruktur yaradılmışdır.

 Belediyye.info

ŞƏRHLƏR