"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar komitəsi müraciət ünvanlayıb: İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak etməklə bağlı

--2019-08-09 / 09:20

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov rayon komitə sədrlərinə tövsiyə məktubu ünvanlayıb. Məktubda qeyd edilir:

““ Məşğulluq haqqında ” Azərbaycan Respublika Qanunun 25-ci maddəsinə əsasən İşəğötürənlər Xidmətin göndərişi əsasında əmək müqaviləsi bağlayraq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının və əməkhaqqından tutulmaların ( əməyin ödəniş fondundan hesablanan məcburi dövlət sosial söğorta haaqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı ) 50 faizinin İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Bu məqsədlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il 616 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Sığortaolnanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydasına uyğun olaraq işəgötürənlərin sözügedən proqrama aktiv cəlb olunması, habelə onlara işçi heyətinin cəlb olunmasına dövlət dəstəyinin göstərilməsi barədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac yaranmışdır.

Bununla əlaqədar, rəhbərlik etdiyiniz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə işəgötürənlərin bu barədə geniş maarifləndirilməsi və bu proqrama cəlb olunması məsələsinə köməklik göstərməyinizi xahiş edirik.”

 

 

Əlavə:

İşçilərin     əməkhaqlarının Dövlət məşğulluq Xidməti   ilə birgə maliyyələşdilməsi proqramı haqqında”

İşəgötürənlərin nəzərinə!

 “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında əmək müqaviləsi bağlayaraq müvafiq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının 50 faizinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Xidmətdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları var. Xidmətin göndərişi əsasında işəgötürənlə əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydada nəzərdə tutulmuş hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.  Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Proqramda işəgötürənlərin iştirakı üçün aşağıdakı şərtlər müəyyən edilir:

- son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;

- son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);

- işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;

- vakansiya bankına müvafiq məlumatları təqdim edən;

- kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan.

Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz. Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl vakansiya bankına təqdim edilməlidir.

2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi işin xüsusiyyətindən asılı olaraq 3(üç), 6(altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində razılaşmaya uyğun həyata keçirilir.

Xidmət tərəfindən Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş məşğulluq təsnifatı üzrə müxtəlif vakant iş yerlərinə göndəriş işəgötürənə təqdim edildiyi halda, işəgötürən ilk növbədə, əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulmayan vakant iş yerlərinə, sonra isə əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan vakant iş yerlərinə işçiləri qəbul etməlidir. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz. Proqramda iştirak edən işəgötürənlər bu Proqram çərçivəsində Xidmətin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə Proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xitam verdiyi halda, növbəti maliyyələşdirmə proqramında iştirak etmirlər. Büdcədən maliyyələşən təşkilatlar sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər.”

 Belediyye.info

ŞƏRHLƏR