"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar İttifaqı Respublika komitəsi bələdiyyələrə müraciət edib: KORONOVİRUSLA BAĞLI -YENİ

--2020-03-29 / 12:29

 Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika  Komitəsinin üzv təşkilatlarına müraciət edib. Komitə sədri Məhərrəm Xəlilovun imzasıyla göndərilən məktubda deyilir:

“Yeni növ koronavirus (COVID 19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi rejimli karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar qəbul etmişdir.

Qərarın 1-ci hissəsində qeyd olunur ki,  "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin”.

Bu Qərarın Bələdiyyələrdə çalışan işçilərə şamil edilib edilməməsi ilə bağlı Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqına üzv təşkilatlardan çoxlu müraciətlər daxil olur. Müraciətlərə cavab olaraq bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlanılmışdır. Operativ Qərargahın rəsmi nümayəndəsi bildirmişdir ki, Nazirlər Kabinetinin 113 nömrəli qərarının əlavəsində qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumlarının siyahısı verilmişdir. Həmin siyahıda yerli özünüidarəetmə orqanlarıı olan bələdiyyələrin adı olmadığına görə 113№-li Qərara əsasən bələdiyyələrdə çalışan işçilər üçün qeyd edilən tarixlərində olan iş günləri qeyri iş günləridir.”

 Belediyye.info

ŞƏRHLƏR