"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar İttifaqı Respublika komitəsi bələdiyyələrə müraciət edib: KORONOVİRUSLA BAĞLI

--2020-03-17 / 08:00

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi üzv təşkilatlarına          Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasıyla bağlı yerli özünüidaretmə orqanları na öz tövsiyələrini göndərib.

Tövsiyə məktubunda qeyd edilir:                                                              

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq bildiririk ki, Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. 14 mart 2020-ci il saat 00:00-dan etibarən Operativ Qərargah ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri ilə bağlı qərarlar qəbul etmişdir.

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq təxirəsalınmaz profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən xüsusi tədbirlər planının hazırlanmasını, koronavirus barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı tədbirlərin daha da genişləndirilməsini və bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olaraq dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərilməsini tövsiyyə edirik.”

Belediyye.info

 

ŞƏRHLƏR