"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həbslər və regional idarəetmə…

--2020-05-07 / 05:30

Artıq beşinci rayonun icra başçısı həbs edildi. Aztəminatlı ailələrə ərzaq bağlamalarına göz dikən onlarca icra nümayəndəsi işdən azad edilərək məsuliyyətə cəlb olunmaqdadır. Bəli, bu koronovirusla mübarizədə virusa yoluxma halından qat-qat az olsa da, ancaq cəmiyyətə göstərdiyi təsiri elə pandomiyanın vurduğu ziyan qədərdir.

Nədən həbs edilənlər Prezidentin dəfələrlə etdiyi müraciəti saya salmayıblar və həbs ediləndən sonra arsız-arsız vicdan əzabı çəkdiklərini deyirlər. DTX-nın təqdim etdiyi sujetə baxanda, görürsən ki, necə kresloda “şellənib”, üstəlik abırsız halda qarnını qaşıya-qaşıya rüşvəti alır, səhəri gün isə vicdan əzabı çəkir? Bu nətər olur. Bu sadəcə həyasızlıqdır.

Bir məqamı da əlavə edim ki, əli öyrənmiş adam harada olmasından asılı olmayaraq o rüşvətə maraqlı olacaq. Danışıqsız. Bu gün vəzifədə olan balacalı-böyüklü məmurlardan soruşmaq lazımdır ki, sən restoranı, mərasim evlərini, molları, üzüm plantasiyalarını və sair və ilaxır obyektləri hansı pulla almısan. Çalışdıqları rayonlarda bələdiyyələri ağlar günə qoyan məmur bu gün başçı olduğu halda o pis vərdişindən əl çəkə biləcəkmi? Heç vaxt. Çünki, öyrənib.

Həbs edilənlər və digərləri niyə vaxtında fikirləşmədilər ki, axı onlar xalqın, Prezdentində söylədiyi kimi, bilavasitə xidmətçisidirlər. Ölkə başçısına verdiyi sözü tutmamaqla, əksinə şərəfsizliyi, rüşvətxorluğu, qaniçənliyi davam etdirdilər. Hər halda istintaq prosesi və sonda məhkəmə onların bu nankor fəaliyyətinə qiymət verəcəkdir. Ancaq məni maraqlıdran odur ki, bu proses davam etdikcə, icra strukturuna olan inam və etimad sıfıra bərabər olacaq, nəticədə isə yerli icra strukturunun bir sinif kimi ləğvinə gətirəcəkdir. O zaman isə ölkəmizdə regional idarəetməyə keçid formalaşdırıla, sonda isə bu inzibati ərazi vahidlərində idarəetmə seçkili orqana həvalə edilə bilər. Yəni istər Bakıda, istərdə regionlarda böyük şəhər bələdiyyələrinin formalaşdırılması kerçəkləşdirirlə bilər. Göründüyü kimi, proses buna doğru gedir.

İndi isə bəzi narahat edən məqamlara qısa şəkildə toxumaq istərdim.

İlk olaraq kadr seçimi məsələsi. Sual olunur, indi həbs edilən, həbsi gözlənilən və hazırda vəzifədə olan başçıların seçimi necə həyata keçirilib. Bu gün o seçimi edənlər xəcalət hissi keçirirlərmi ki, gör kimləri təqdim edib, üstəlik də zəmanət veriblər. Fikrimcə, bu məmurlara saxta CV düzəltmək yox, onlara həm nəzəri, həm də praktik təcrübə keçilməliydi. Bakı rayonlarının icra başçılarının CV-ləriylə tanış olanda iki əsas məqam -təhsil və təcrübə diqqətimi çəkdi.

Bakı ŞİH başçısı Eldar Əzizovun tərcümeyi halında CV-də həm təhsil, həm geniş miqyaslı təcrübə var. Böyük idarəçilik məktəbi keçməsi göz qabağındadır. Digər başçılarda isə mən bu parametrlərə tam cavab verən şəxsi görə bilmədim. İcra başçısında idarəçilık təcrübəsi və həqiqi ali təhsili olmalıdır, ilk növbədə. Təhsili isə sırf idarəçilk ixtisasına yaxın olmalı, idarəçilik sahəsində təcübrəsi olmalıdır, yəni idman məktəbinin müəllimi, MTK sədri, nə bilim saxta dosent, professor yox, dünyagörüşdə ziyalı olmalıdır. Bu gün paytaxt başçılarının bir qismi etiraf edək ki, bu standarta cavab vermir.

Faciə bir də ondadır ki, bələdiyyələrin büdcələrində olan pulu icranın adından xərclətdirə bilirlər, amma icranın saytına daxil olub öz tərcümeyi hallarını yenidən oxuya bilmirlər, əziyyət çəkirlər, özlərinə sığışdırmırlar. Elə icra başçılarına tövsiyə edərdim ki, indidən qara maskalıları gözləməsinlər, özlərini vaxtında təslim etsinlər. Onda bu məqam məhkəmədə də yüngülləşdirici hal kimi qəbul edilər.

Bir məqam da məmurların, xüsusəndə birinci şəxslərin vəzifədə qalma müddəti ilə bağlı olmalıdır. Yəni bir rayonda maksimum müddət beş il müəyyən edilsin. Əgər doğruldubsa başqa rayona keçirilsin. Özünü göstərməyibsə, sakinlərin rəğbətini qazana bilməyibsə vəzifədən uzaqlaşdırılsın. Xatırladım ki, belə bir təcrübə daxili işlər orqanlarında var, uzun müddətdir bu sistemə keçib və nəticəsi də vardır.

Beləliklə, bu gün sadə vətəndaş Prezidentinin yanındadır və onun bu addımını alqışlayır, özü də ÜRƏKDƏN. Amma istərdim ki, bundan sonra təyinat alanlarda yuxarıda söylənilən müsbət keyfiyyətləri olsun, parametrlərə cavab versin.

Ancaq Regional idarəetməni isə iqtisadi rayonlar üzrə yaradılması daha məqsədəuyğun hesab etmək olar. Lakin bu sistem keçildiyi halda əvvəllər yaradılan mərkəzi icra strukturlarının regional idarələri də məhz bu sistemə uyğunlaşdırılmaldır.

Hər halda ölkəmiz ciddi islahatlar yolundadır. Belə olan halda hər birimiz Prezdentimizə dəstək durmalı, görülən HƏR BİR YAXŞI İŞİ təbliğ etməliyik.

Vüqar Tofiqli

ŞƏRHLƏR