"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hamılıqla yeni real xəritələrin tərtib edilməsini tələb etməliyik: OXUCU RƏYİ

--2021-02-19 / 19:56

On səkkiz il Dövlət Reyestr Xidmətinde və Əmlak məsələləri Dövlət Komitəsində şöbə müdiri, Torpaq Xəritəçəkmə Komitəsində bas mütəxəssis, habelə bələdiyyədə şöbə mudiri kimi məsul vəzifələrdə çalışmışam. Hər sahədə də şəffaf, məsuliyyətlə çalışdığımın şahidi kollektiv və vətəndaşlar olub. Hazırda işdən uzaqlaşsamda bu çalışdığım sahədə gedən prorsesləri izləyirəm.

Daxili incəliklərdən tam xəbərdar olan kadr kimi, bildirirəm ki, harınlamıs məmurların bir qisminin təzyiqi və tamahı ucbatından insanların hansısa marağı naminə tərtib edilmis xəritələr bir çox hallarda reallığı əks etdirmir. Yəni, torpagin koordinatları barədə qeydiyyatlar kağız, elektron xəritələrdə var, lakin reallıqda, yerində baxış zamanı məlum olur ki, həmin koordinatlar qonsu torpaqlarla üst-üstə düşür, bəzən isə tamam başqa məkanı göstərir. Bu səbəbdən xəritələrin yenidən tərtib olunmasına böyük ehtiyac vardir.

Zənnimcə, bu problemin bir həlli yolu var. Belə ki, koordinatları düz olmayan, qonşu torpaqlarla üst-üstə duşən, kimsəsiz, kasıbın torpaq sahəsinin koordinatlarını dəyisərək, harınlamış məmurun və yaxud yüksək rutbəlilərin tapsırığı və sifarişi ilə tərtib edilmiş, xususi maraqlara cavab verən, bu lazımsız xəritələrə heç ehtiyac belə yoxdur. Hamılıqla yeni real xəritələrin tərtib edilməsini tələb etməliyik. Yararsız, lüzumsuz və yarımçığı bərpa etməkdənsə, yenisini qurmaq daha səmərəli, daha tez və daha keyfiyyətli olar.

Bu məqsədlə, yeni xəritələrin tərtibinə başlanmalıdır!

Bu iş isə əsasən bələdiyyələrin idarəciliyi ilə, torpaq xəritəçəkmənin məsuliyyətli mütəxəssisləri və torpaq sahibləri ilə müştərək, bir komanda halında, yaradılmıs, xüsusi kommissiyanın nəzarəti ilə, şəffaf halda icra olunmalıdır.

Qeyd edim ki, xəritəçəkmə sahəsində çox professional mühəndislər çalışır və onlar torpaq sahələrinin müvafiq qeydiyyatı uçun dövlət tərəfindən ən müasir avadanlıqlarla təmin olunublar, lakin onlara da rəhbərlikdən bəzi hallarda böyük təzyiqlər olması heç kəsə sirr deyil. Bu səbəbdən xəritələrin tərtibi işinin icrasına rəhbərlik onların müdiriyyətinə deyil, bələdiyyələrin işinə yardımcı olacaq basqa dövlət qurumuna həvalə olunmalıdır.

Yuxarıda qeyd etdiyim komissiya mütəmadi olaraq görülən işlər barədə xalqa hesabat verməlidir.

Deməliyəm ki, elektron xəritələr bələdiyyələrin işlərində əsas istinad mənbəyi olmalıdır. Təbii ki, xəritəsiz işləmək, kor olaraq, qaranlıqda isıq axtarmaq kimi bir isdir. Qeyd edim ki, bu gün tərtib edilmiş xəritələr torpaqların yerləsməsinin real göstəriciləri DEYILdir.

Şəffaqlıq üçün, bu işdə mütləq bələdiyyə mühəndislərinin, torpaq sahibinin, torpaq xəritəçəkmə işçilərinin müştərək işləməsi lazımdır.

Əfsuslar olsun ki, bu gün heç bir bələdiyyəinin bu gunun tələblərinə cavab verəcək, mükəmməl elektron arxivi yoxdur. Bu işi ilk dəfə çalışdığım bələdiyyədə təşkil etdim. Yaratdığım elektron bazada torpagın ilk sahibindən başlayaraq, bu günə kimi torpağın kimə məxsus olması, addan-ada keçməsi, yüklülüyün olması, bölünməsi və sair hallar xronoloji ardıcıllıqla qeyd olunmuşdu, hətta sənədlərin qrafik şəkil forması, elektron variantda ardıcıl olalraq vərəqlənirdi.Yeni, ərazidəki torpağın taleyi tam əks olunmusdu.

Deyərdim ki, bu layihəyəni dəstək olsa, yenidən hər bir bələdiyyə də təşkil etmək olar, bu işin keyfiyyətini və dəqiqliyini artırır. Bələdiyyələrimiz bütün hallarda seçicilərinin hüquqlarını qorumağa borcludurlar. Odur ki, hər zaman yeniliyə can atmalı, bələdiyyələrdə hər bir yeniliyi öz fəaliyyətlərində  tətbiq etməldirlər.

Bu gün çətin durumla üz-üzə qalan bələdiyyələrin işinə kömək etmək hər bir vətəndaşın borcudur.

Bələdiyyələrdə işi yenidən qurmaqla, sivil ölkələrdə olduğu kimi, muasir, dəqiq və şəffaflıqla seçicilərinin hüquqlarını tam qoruyan yeni bələdiyyə sistemini quraraq hamılıqla bu işin uğurlu olması üçün, bir yumruq kimi birləşərək Cənab Prezidentimizin ölkəmizdə keçirdiyi möhtəşəm islahatlarına dəstək olaraq yeniliklərlə müşaiyət olunan müvəffəqiyyətlər əldə edəcəklər.

Rövşanə Quliyeva

P.S. Sosial media üzərində bizə ünvanlanan bu yazı diqqətimizi çəkdiyindən sayta yerləşdirmək qərarına gəldik.  

ŞƏRHLƏR