"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Habil Həmidov: “Qarşılaşdığımız ən böyük problem sənədsız evlərlə bağlıdır”

--2021-11-24 / 14:45

“Bələdiyyələrin bügünki reallıqdakı fəaliyyətini nəzərə alsaq müəyyən qədər fəaliyyətimizdən razıyam”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Binə qəsəbəsinin sədri Habil Həmidov bildirib.

Amma maliyyə imkanları baxımından fəaliyyətimiz məni qane etmir. Bunun da səbəbləri hər kəsə yaxşı məlumdur.

Bələdiyyənin həyata keçridiyi layihələrə toxunan sədr bildrib ki, qəsəbədə vətən müharibəsi şəhidlərinin xatirəsinə bulaq komplekslərinin tikintisinə başlanılıb, həmçinin qazılərin sosial problemlərinin həllinə və mualicələrinə mütəmadi olaraq dəstək oluruq.

Maliyyə gəlirlərimiz əsasən torpaq və əmlak vergisindən əldə edildiyini qeyd edən sədr hazırda bələdiyyədə 19 nəfərin çalışdğını və orta aylıq əməkhaqqının 300 manat olduğunu bildirib.

Habil Həmidov daha sonra qeyd edib:

“Qarşılaşdığımız ən böyük problem sənədsız evlər və qeyri yaşayış sahələri ilə bağlıdır. Bələdiyyə mülkiyyətində torpaq sahələrinin olmaması da çox böyük probemdir. MMC yaratmağımıza baxmayaraq fəaliyyət göstərə bilmirik.

Bələdiyyənin sonuncu iclasında qəsəbədəki aztəminatlı və imkansız ailələrə yardımların olunması, şəhid ailələrindən və qazılərdən daxıl olmuş ərizə və məktubların müzakirəsi, qəsəbədə abadlıq işlərinin aparılması müzakirə olunmuşdur.

Bələdiyyə tərəfindən görülmüş və görüləcək işlər haqqinda mütəmadi olaraq seçiciləri məlumatlandlrırlq. Qəsəbənin əhalinin sıx olduğu müxtəlif yerlərində və bələdiyyə binasında hesabatlarımızı reklam lövhələrinə vurmaqla yayırıq.”

Belediyye.info

ŞƏRHLƏR