"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

H.Quliyev: "Əsas diqqətimizi sakinlər arasında maarifləndirmə işlərinə yönəldirik"

--2018-03-10 / 06:03

Bu gün bələdiyyələr büdcələrinə əlavə maliyyə vəsaitinin cəlb etmək üçün hansı addımlar atır?

Bununla bağlı müraciət etdiyimiz bələdiyyə sədrlərindən ilk olaraq Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev cavablandırıb.

Hikmət Quliyev qeyd edir ki, hazırda sakinlərin bələdiyyə vergilərinə cəlb edilməsi istiqamətində Biləcəri bələdiyyəsi olaraq bildirmək istərdim ki, bələdiyyələr demokratik əsasda seçilmiş və yerli özünüidarətmə hüquqlarını yerinə yetirən, üzərinə götürdüyü problemləri həll edən, seçildikləri ərazilər üzrə sakinlər qarşısında mütəmadi olaraq hesabat verən və fəaliyyətinə görə məsuliyyət daşıyan kollegial bir qurumdur. Cavabında daha sonra bələdiyyə sədri qeyd edir:

“Ulu öndərimizin xeyir-duası ilə yaradılan və onun laiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı və diqqəti nəticəsində bələdiyyələrə mövcud problemlərin müstəqil həll edilməsinə geniş şərait yaradılır.

Bildiyimiz kimi, bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi formalaşır. Bugünki gündə işimizi bələdiyyə vergilərinin ödənilməsinin təkmilləşdirilməsini qəsəbə sakinlərimizin yerli bələdiyyə vergilərinin ödənilməsinə cəlb edilməsi istiqamətində qurmağa çalışırıq.

Bu məqsədlə əsasən sakinlərin bələdiyyə vergiləri barədə daha ətraflı və şəffaf şəkildə məlumatlandırılmasını, vergi yığımın daha da gücləndirilməsini təmin etmək üçün mütəmadi olaraq qəsəbədə sakinlərlə səyyar görüşlər keçirir və keçirilən görüşlərdə geniş ölçüdə təbliğat işləri həyata keçiririk.

Digər tərəfdən bu istiqamətdə işimizi məktəblilərdən başlamaq məqsədilə 2017-ci ildə qəsəbə ərazisində yerləşən məktəblərin yuxarı sinif şagirdləri ilə “Bələdiyyə vergiləri nədir” adı altında silsilə tədbirlərinin keçirilməsini təmin etdik.

Əlavə olaraq bələdiyyənin təşkil etdiyi digər tədbir və layihələrdə də hər zaman bələdiyyə vergilərinin ödənilməsi qaydaları və zərurəti barədə təbliğatların aparılmasını təmin edirik.

Sakinlərimizin sosial-rifahı naminə, göruşlərdə, qəbullarda deyilən problemleri oz problemlərimiz kimi görür, yazılan şikayət və müraciətləri yerindəcə baxış kecirilərək həlli istiqamətində lazımı addımlar atırıq.

Yekunda suala cavab olaraq bir daha qeyd edim ki, bu gün əsas diqqətimizi sakinlərimizin arasında maarifləndirmə işlərinə yönəltməyə üstünlük veririk. Çünki sakinlərimizi vergi cəlb etsək bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər."

Belediyye.info

 

ŞƏRHLƏR