"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

H.Hüseynov:“Bələdiyyələrin DSMF-yə olan borclarına amnistiya tətbiq edilməsi sistemin inkişafına səbəb ola bilər.”

--2017-02-08 / 08:43

“Ölkəmizin kənd və qəsəbə bələdiyyələrinin 30 faizinə yaxın hissəsinin bank hesabları bağlıdır”- bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Milli Məclsinin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında  səsləndirib.

Onun sözlərinə görə, əvvəlki illərdə seçilmiş bələdiyyə üzvlərinin və sədrlərinin təcrübəsizliyi, həmçinin məsuliyyətsizliyi ucbatından bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna kifayət qədər böyük həcmdə borcu yaranıb.

Bu gün bələdiyyələrə daxil olan maliyyə vəsaiti birbaşa borcların silinməsinə gedir, nəticədə yeni seçilmiş bələdiyyə sədrləri və üzvlər öz inzibati ərazilərində hər hansı sosial layihə icra edə bilmir, seçicilərinə verdikləri sözə əməl etməkdə çətinlik çəkirlər.

Assosiasiya sədri sonda onu da bildirib ki, cənab prezident İlham Əliyevin təşəbbüsü ilə cari ildə  vergi amnistiyası tətbiq edlidi.

Bu amnistiya sözsüz ki, ölkəmizdə sahibkarlığın inkişafına dəstək verib. Təklif edərdik ki, bu gün bələdiyyələrin qarşılaşdığı çətinliklərin aradan qaldırlıması üçün belə bir Vergi Amnistiyası bələdiyyələrin DSMF olan borcların silinməsiylə bağlı qəbul edilsin.

Bu addımın atılması nəticə etibariylə bələdiyyələrin qarşlaşdığı maliyyə çətinliklərinin aradan qaldırılmasına və seçicilərin qaldırdığı məsələlərin sürətli həllinə təkan vermiş olacaqdır.

 Belediyye.info  

ŞƏRHLƏR