"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Güzdək qəsəbə bələdiyyəsinin sədrini tanıyaq

--2019-01-21 / 17:27

Həsən Alxas oğlu Hacıağayev 1951-ci ilin avqust ayının 9-da Abşeron rayonu Güzdək qəsəbəsində anadan olub.

1968- ci ildə Güzdək qəsəbə orta məktəbini, 1973- cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1974-1976-cı illərdə hərbi xidmətdə olub.

1976-1996-cı illərdə Lənkəran Dövlət Dram Teatrında çalışıb.

1997- 1999-cu illərdə “Bulladəniz” NQÇI-də çilingər kimi çalışıb.

1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıb, bələdiyyə üzvü və 2000-ci ilin yanvarından bələdiyyə sədri vəzifəsinə seçilib. 2004-cü ilədək bələdiyyə sədri vəzifəsində çalışıb.

2005-2009- cu illərdə “Bulladəniz” NQÇI-də çilingər kimi çalışıb.

2009-cu ildə yenidən bələdiyyə seçkilərinə qatılıb, bələdiyyə üzvü və 2010-cu ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib. Hazırda bələdiyyə sədri kimi vəzifəsini davam etdirir.

Ailəlildir üç övlad atasıdır.

2002-ci ildən YAP üzvüdür

ŞƏRHLƏR