"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda növbəti dəfə reyd keçirilmişdir

--2020-08-08 / 12:08

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronavirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət və digər obyektlərdə reyd keçirib.
Şəhərin Rəsul Rza, Nəriman Nərimanov və M.Ə.Rəsulzadə  küçələrindəki yerləşən ictimai iaşə, ticarət və digər obyektlərdə reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılmış, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına, şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyyə olunub və karantin qaylarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılmışdır.

http://goychay-ih.gov.az/news/665.html

ŞƏRHLƏR