"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda Bayraq muzeyinin açılışı keçirilib

--2019-11-09 / 14:55

Bu gün Göyçay şəhərində Bayraq Muzeyinin açılışı keçirilib.

Açılışda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların və diaspor nümayəndələri, Göyçay RİH Aparatnın məsul işçiləri,yerli və xarici iş adamlarının, o cümlədən KİV təmsilçiləri iştirak edib.

Muzeyin rəmzi açılışını bildirən lenti kəsildikdən sonra, qonaqlara məlumat verilib ki, Bayraq Muzeyi Çöyçay şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin  adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ildə başlanılmiş və tikinti işləri bu ilin oktyabrında başa çatdırılmışdır.

Bildirildi ki, muzeyin ümumi sahəsi 500 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Tədbirdə qeyd edilib ki, Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir.

Belediyye.info

ŞƏRHLƏR