"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay şəhərində bələdiyyə üzvləri hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunublar

--2022-06-17 / 18:37

Ədliyyə Nazirliyi tərəfindən regionlarda təşkil edilən silsilə tədbirlərin davamı olaraq, bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə növbəti seminar Göyçay şəhərində keçirilib. Göyçay Regional Ədliyyə İdarəsinin yurisdiksiyası üzrə keçirilən seminarda Agdaş, Göyçay, İsmayıllı, Şamaxı, Zərdab, Ucar və Kürdəmir rayonlarında fəaliyyət göstərən bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.

Seminarda "Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri barədə", "Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffaflığın və hesabatlılığın artırılması" və "Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi" mövzularında məruzələr dinlənilib.

Seminarın sonunda müzakirə olunan mövzular ətrafında fikir mübadiəsi aparılıb, suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR