"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay regional ədliyyə idarəsində məmur-vətəndaş münasibətlərinə həsr olunmuş treninq təşkil edilib

--2019-11-19 / 13:03

“Ədliyyə Nazilriyi üzrə intizam məsuliyyətinə cəlb edilmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.06.2019-cu il tarixli qərarının 5-ci bəndinin icrası ilə bağlı İdarə tərəfindən tərtib edilmiş Tədbirlər Planınına əsasən 19.11.2019-cu il tarixdə İdarənin yurisdiksiyasına daxil olan yerli icra və probasiya şöbələrinin və Qeydiyyat şöbələrinin əməkdaşları ilə ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına əməl olunması, məmur-vətəndaş münasibətləri zamanı yaşana biləcək neqativ halların aradan qaldırılması məqsədilə treninq təşkil edilmişdir.

Treninqdə respublikada aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilərək, “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları” vəKorrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri treninq iştirakçılarının nəzərlərinə çatdırılmışdır.

                                                                     Göyçay regional ədliyyə idarəsi

ŞƏRHLƏR