"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi seminar keçirib

--2020-03-04 / 16:13

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Ağsu rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 27.02.2020-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Ağsu şəhərində seminar müşavirə keçirilmişdir.

Seminarda “Bələdiyyə qulluğuna qəbulun şəffavlığının təmin ediməsi”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəssissələrində kargüzarlığın və arxiv işinin təşkili”, “Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri”, “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin vəzifələri”, “Yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi”, “Bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından istifadə sahəsində qanunvericiliyin tələbləri”, “Torpaq üzərində mülkiyyət hüququnun əsasları” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

                                                             Göyçay Regional Ədliyyə İdarəsi

 

ŞƏRHLƏR