"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi seminar keçirib

--2019-11-18 / 17:49

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 15.11.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Göyçay şəhərində seminar müşavirə keçirilmişdir.

Seminarda Yerli ünüidarəetmədə etik davranış”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası”, “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin vəzifələri”, “Ailə kəndli təsərrüfatlarının uçotunun qanunvericiliyinə uyğun aparılması və onun əhəmiyyəti”, “Yerli turizmin, eləcə də tibbi turizmin təşkilində bələdiyyələrin iştirakı”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsussiyyətləri”, “Qəbirstanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində   bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyələrdə və bələdiyyə müəssissələrində kargüzarlığın və arxiv işinin təşkili” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

                                                             Göyçay Regional Ədliyyə İdarəsi

 

ŞƏRHLƏR