"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi seminar keçirib

--2019-02-28 / 15:46

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 28.02.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Göyçay şəhərində seminar müşavirə keçirilmişdir. Bu barədə məlumat   Göyçay Regional Ədliyyə İdarəsindən daxil olub.

Seminarda “Yerli özünüidarəetmədə etik davranış, Bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, Bələdiyyə torpaqlarının mühafizəsi, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR