"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi Şamaxı şəhərində seminar keçirib

--2017-10-10 / 17:06

Göyçay Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə oktyabr ayının 10-da Şamaxı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə məlumatı Göyçay Regional Ədliyyə İdarəsi yayıb.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Göyçay Regional Ədliyyə İdarəsinin məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Mübariz Abdullayev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Şəffaflığın artırılması və korrupsiya hüquq pozmalarının qarşısının alınması” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR