"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi növbəti seminarı keçirib

--2022-04-30 / 19:07

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Ucar rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 28.04.2022-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Göyçay şəhərində pandemiya qaydalarına uyğun olaraq seminar müşavirə keçirilmişdir.

Seminarda ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulmuşdur. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirə edilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilmişdir. Həmçinin bələdiyyələr tərəfindən əvvəlki illərdə yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülmədiyi bildirilmiş, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri tədbirdə iştirakçıların nəzərinə çatdırılmışdır.

Bundan sonra İdarənin əməkdaşları gündəlikdə duran seminar mövzularının (Yerli büdcənin icrası barədə illik hesabatların hazırlanması, təsdiqi və yerli əhaliyə çatdırılması üçün mövcud vasitələrdən, o cümlədən İKT-nin imkanlarından səmərəli istifadə olunması; Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş portalı” vasitəsilə göndərilməsinin əhəmiyyəti; İnsan hüquq və azadlıqlarının əsas prinsipləri, gender bərabərliyi və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” ilə bələdiyyələrin üzərinə qoyulmuş vəzifələr; “Bələdiyyələr barədə məlumat əldə edilməsi” elektron xidmətinin məlumat bazasının dolğunluğunun təmin edilməsi sahəsində bələdiyyələrin vəzifələri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması; Bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyin tələbləri; Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi; Bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları və bu zaman dövlət dilinin normalarına əməl olunması) bu gün üçün aktual mövzular olduğunu və hər bir bələdiyyə üzvünün həmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağını qeyd etmişlər. Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılmışdır.

Göyçay Regional Ədliyyə İdarəsi

ŞƏRHLƏR