"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi İsmayıllı şəhərində seminar müşavirə keçirib

--2022-11-18 / 13:56

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan İsmayıllı rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 17.11.2022-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə İsmayıllı şəhərində seminar müşavirə keçirilmişdir.

Seminarda bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunverciliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri; bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti; bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası; bələdiyyələrin inzibati aktın qəbul edilməsiilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticəsi; maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uşotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi; dövlət əmlakının bələdiyyələr verilməsi ilə bağlı qanunvericiyin tələbləri; bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri; yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşlıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyi mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 Göyçay Regional Ədliyyə İdarəsi

ŞƏRHLƏR