"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi Ağsu şəhərində seminar müşavirə keçirib

--2019-04-25 / 11:04

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Ağsu rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 25.04.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Ağsu şəhərində seminar müşavirə keçirilmişdir.

Seminarda “Yerli özünüidarəetmədə etik davranış, Bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, Bələdiyyə torpaqlarının mühafizəsi, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri, Bələdiyyə müəssisələrinin yaradılması mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

  Göyçay Regional Ədliyyə İdarəsi

ŞƏRHLƏR