"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay rayonunda yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub: İCRA BAŞÇISININ TÖVSİYƏSİ İLƏ

--2020-08-09 / 07:28

 

Göyçay rayonunda yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub. Rayon sakini Nicat Mahmudov pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından rayon rəhbərinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq ağsaqqallar və kənd ziyalıları ilə məsləhətləşərək belə bir addımın atıldığını bildirib.

Koronavirusla əlaqədar olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından keçən il avtomobil qəzasından vəfat etmiş 35 il Daxili İşlər Nazirliyinin Şamaxı, Qax, Ucar, Zərdab, İsmayıllı rayon Polis şöbələrində müxtəlif vəzifələrdə çalışmış Arzu Mahmudovun həyat yoldaşı və övladları onun il məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Göyçay rayonun Şahsoltanlı kəndində Arzu Mahmud oğlu Mahmudovun il mərasimi münasibətilə ailə üzvləri ölkəmizdə tətbiq olunan karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailələrə, tənha və kimsəsizlərə ərzaq yardımı paylayıblar.

Ailə pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Mahmudovlar ailəsinin bu təşəbbüsü rayonun dini icması və əhalisi tərəfindən də təqdir edilib

Allah Rəhmət Eləsin !

http://goycay.info.az/

ŞƏRHLƏR