"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Goranboy bələdiyyələri ötən il büdcə gəlirlərini artira biliblərmi?

--2019-07-17 / 16:28

Goranboy rayonunda formalaşan 47 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 306.600 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 10.6 faiz artım deməkdir.

Əldə edilən vəsaitin isə 29.9 faizi yəni (91.600 manat) bələdiyyə əmlakının özəlləşdirilməsindən və torpağınn icarəsindən daxil olub.

Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Goranboy rayonunda formalaşan 47 bələdiyyə 37.800 manatlıq əmlak vergisi, 79.500 manatlıq torpaq vergisi əldə ed əbilb.

Təəssüf ki, Goranboy bələdiyyələrinin büdcəsinə il ərzində mədən vergisindən, mehmanxana rüsumundan, dayanacaq rüsumundan və reklam vergisindən heç bir vəsait daxil olmayıb.

Qeyd edək ki, il ərzində 91.200 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Goranboy bələdiyyələri əldə etdikləri qazancın 64.5 faizini, yəni 198.400 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 17.7 faizini isə 54.600 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

 

ŞƏRHLƏR