"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Goradil bələdiyyəsinin sədri: “Hər bir vergi ödəyicisinə yorulmadan yerli vergilərin vaxtında ödənişiylə bağlı məqamları yorulmadan izah etməliyik”

--2021-09-20 / 16:36

“Bələdiyyə olaraq əsas məqsədimiz əhalini maarifləndirməkdir. Hər bir vergi ödəyicisinə yorulmadan yerli vergilərin vaxtında ödənişiylə bağlı məqamları yorulmadan izah etməliyik”- bu fikriləri Belediyye.infoya Abşeron rayonu Görədil bələdiyyəsinin sədri İlqar Məmmədov açıqlayıb.

Sədrin sözlərinə görə, Göradil kəndi Abşeron rayonun azsaylı yaşayış məntəqələrindəndir.
2020-ci ilin yanvarından ilk iclasımızdan sonra bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirilməsinə start verdik. Maarifləndirmə işləri də öz bəhrəsini vermiş oldu. Kəndin ərazisindəki otuza yaxın adlı küçədə aparılan monitorinqlər sayəsində vergi ödəyicilərimizin uçota alınmış sayı 600-a çatmırdısa, bu gün artıq bu rəqəm 1.200 keçib. Bu rəqəmin hazırda dəqiqləşdirilməsi gedir. Çünki ərazidə olan mənzillərin 30 faizə yaxın hissəsinin sənədi yoxdur. Bundan əlavə bir çox mənzillər var ki, illərdir boşdur, yaşayış yoxdur. Mənzil sahibinin müəyyən edilməsi vergi müfəttişlərinin kifayət qədər vaxtını alır. Məhz bu fəaliyyətimiz nəticəsində əldə edəcəyimiz büdcə vəsaitlərinin həcmini də müəyyən edə bildik. Bu rəqəm əvvəl ki illərdən xeyli artıqdır.

Özünəməxsus inzibati binada fəaliyyətə göstərən bələdiyyə cari ildə daxili yolları abadlaşdırmış, idman meydançası yaratmış, kəndin mərkəzi küçələrində çoxsaylı ağac və bəzək kolları əkmişdir. Qeyd edək ki, Görədil bələdiyyəsində 9 nəfər üzv və 5 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Əlavə edək ki, qəsəbənin ərazisi 500 hektara çatmır.

Belediyye.info

ŞƏRHLƏR