"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göradil bələdiyyəsi iri miqyaslı bir layihələrin həyata keçirilməsinə başlayıb

--2019-02-09 / 14:29

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir.

Azərbaycanda vüsət alan dinamik inkişaf bütün bölgələrdə olduğu kimi Abşeron rayonunda da hər bir sahədə yaxından müşahidə olunmaqdadır. Ötən illər ərzində rayonun kənd və qəsəbələrin hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür və bu işlər bu gündə yüksək əzmlə davam etdirilir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq baxçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar rayonun simasını tamamilə dəyişmişdir.

Rayonda xüsusən son illərdə vüsət alan inkişafda bələdiyyələrin rolu danılmazdır. Onların təşəbbüskarlığı və aparılan quruculuq işlərinə fəal qoşulmaları nəticəsində Abşeronun qəsəbə və kəndlərində sosial-iqtisadi problemlər müsbət həllini tapır. Beləki, Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xətlərinin yenidən qurulması, yeni uşaq baxçası, məktəb səhiyyə müəssisələrinin, ambulatoriyaların tikilməsi, köhnələrinin əsaslı təmir olunması, ağac və bəzək kollarının əkilməsi istiqamətində mühüm işlər görmüşdülər. Görədil bələdiyyəsi də bu inkişafdan və uğurlarda kənarda qalmamışdır. Ötən 2018-cü ildə bələdiyyənin ümumilikdə 12 iclası keçirilmiş və bu iclaslar zamanı bir çox məsələlər müzakirə olunaraq öz müsbət həllini tapmışdır.

2018-ci ildə xalqımızın əziz və milli bayramlarından olan Novruz bayramı Görədil bələdiyyəsi tərəfindən təmtəraqla və yüksək səviyyədə qeyd edilmişdir.

İmkansız, aztəminatlı və şəhid ailələri də bələdiyyənin daim diqqət mərkəzində olmuşdur. 2018-ci ildə də belə ailələr diqqətdən kənarda qalmamışdır. Ramazan ayı ərzində belə ailələr üçün İftar süfrələri təşkil edilmiş, Qurban bayramı ərəfəsində bir neçə qurbanlıq heyvanların alınıb kəsilərək bu ailələrə paylanılması və ərzaq yardımı verilməsi təşkil edimişdir. Bundan əlavə bir neçə imkansız kənd sakininə müraciətlərinə əsasən sosial vəziyyətlərinin ağır olması və xəstəlikləri ilə əlaqədar maddi yardımlar edilmişdir.

Ötən il yeni yaşıllıqların salınması bələdiyyənin diqqət mərkəzində əsas məsələlərdən biri kimi yer tutmuşdur. Həm ilin əvvəlində, həmdə ilin sonunda yol kənarlarında, küçə və məhələlərdə qurumuş, məhv olmuş ağacların yerinə 100-dən çox xan çinarı əkilmişdir. Yay aylarında mövcud yaşıllıqların qorunması məqsədilə gündə iki dəfə sulanması işi bələdiyyə tərəfindən təşkil edilmişdir.

Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibətilə Görədil kənd uşaq baxçasında tərbiyə alan uşaqların hər birinə hər il olduğu kimi yeni il hədiyyələri alınaraq uşaqlar arasında paylanılmışdır.

Ətraf mühütün mühafizəsi və ekologiyanın qorunması məqsədilə bələdiyyə 2018-cü ildə öz tədbirlərini davam etdirmişdir. Beləki, ötən il kəndin fərdi yaşayış evlərindən həftədə iki dəfə məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi işi təşkil edilmişdir. Quşçuluğa gedən yolun sağ tərəfində salınmış mini parkda abadlıq işləri aparılmış müxtəlif növ dekorativ bitkilər əkilmişdir. 1000 kv.m ərazini əhatə edən mini parkda müxtəlif tip bəzək ağacları əkilmiş, skamyakalar qoyulmuş, artezian suyu ilə bulaq yaradılmışdır. Ərazidəki yaşıllıqların qorunması məqsədilə həmin bulağın suyu ilə ağacların sulanması işi təşkil edilmişdir.

2018-ci ortalarında illərdən bəri həllini gözləyən daha bir problem öz həllini tapmışdır. Beləki, məscidin ətraf ərazisi darısqal olduğundan burada hər hansı mərasim keçiriləndə əsas magistral yolda hərəkət məhdudlaşırdı. həm sakinlərin həmdə sürücülərin narazılığına səbəb olurdu. Böyük səy və əziyyətim nəticəsində məscid ərazisində yaşayan və buranı qeyri-qanuni zəbt etmiş torpaq sahəsi həmin vətəndaşdan geri alınmış məscidin ətraf ərazisinə qatılmışdı. Nəticədə ərazi beş sota yaxın genişləndirilmişdi. Məscid yaxınlığılında həm də 2018-ci ilin əvvələrində başlayaraq ölü yuma yerinin tikintisinə başlanılmışdır. Bu yaxınlarda ölü yuma yerində işlər tamamlanaraq sakinlərin istifadəsinə veriləcək. Gələcəkdə məscidində önündə yas və digər dini mərasimlərin keçirilməsi üçün mərasim evinin tikintisinə başlanılması nəzərdə tutulub.

Ötən il bələdiyyə iri miqyaslı bir layihənin həyata keçirilməsinə başlanılmışdır. Kənd ərazisində yararsız vəziyyətdə və bir qruplu olan uşaq baxçası sakinlərin tələbatını ödəmirdi. Kənd sakinləri öz uşaqlarını qonşu qəsəbə və kəndlərdə yerləşən uşaq baxçalarına aparıb qoyurdu. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Ötən liln əvvələrində tikintisinə başlanılan uşaq baxçasında artıq son tamamlanma işləri aparılır. Novruz bayramı ərəfəsində müasir tipli 4 qruplu uşaq baxçasının istifadəyə verilməsi planlaşdırılır.

2018-ci ildə məhəllə daxili yollarda bir sıra abadlıq işləri aparılmışdır. Beləki, kəndi yeni massivdəki bir neçə məhəllə daxili küçəsinin çala-çuxur yerləri hamarlaşdırılmış, karbonat və qırma daş tökülərək yayılmış, avtomillərin, sakinlərin rahat gediş-gəlişinə şərait yaradılmışdır.

2018-ci ildə bələdiyyə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq. Daha çox sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində addımlar atacaq, həllini gözləyən məsələlərin həlli olunması üçün çalışacağıq.

                               Arif Məşədiyev  Abşeroan rayonu Görədil bələdiyyəsinin sədri

 (Yazı Görədil bələdiyyəsinin 2018-ci ilin yekunlarına

həsr olunmuş hesabatı əsasına hazırlanıb)

 

 

 

 

ŞƏRHLƏR