"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəraybəyli bələdiyyəsi büdcəni təsdiq edib

--2018-12-05 / 16:16

 

İsmayıllı rayonu Gəraybəyli  bələdiyyəsi 2019-ci  il üçün nəzərdə tutulan büdcəni bələdiyyə iclasında müzakirə edərək təsdiq edib. Bu barədə məlumatı bələdiyyə sədri Qinyaz Əkbərov bildirib.

Sədrin sözlərinə görə, hər il olduğu kimi bu ildə büdcə müzakirələrini oktyabr ayından başlayaraq dekabrın əvvəlində təsdiq etmişik.

Növbəti ildə torpaq vergisindən qalıqla birlikdə 21.715 manat, əmlak vergisini 820 manat, bələdiyyə torpağının satışından 5200 manat və bələdiyyə torpaqlarının icarəyə verilməsindən 3000 manat əldə etməyi nəzərdə tutmuşuq.

Cəmi il ərzində 32525 manat gəlir əldə etməyi planlaşdırırıq.

Belediyye.info

 

ŞƏRHLƏR