Bakı Gənclər Mərkəzində Sabunçu rayon bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Sabunçu RİH başçısnın müavini Rəna Fərəcova sosial media platformasındakı profilində qeyd edib.
Görüş zamanı Komissiyalar tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə hesabatlar təqdim edilib, Komissiyaların fəaliyyətinin genişləndirilməsi məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənilib və qarşıda duran vəzifələr müzakirə olunub.
Görüşdə Sabunçu rayonunda formalaşan bələdiyyələrin sədrləri və komissiya sədrləri iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|