"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına start verildi

--2023-01-23 / 11:21

Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili

və peşə seçiminin təbliği” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan
Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.  Belə ki, Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. Bu məqsədlə Şəki və Qəbələ şəhərində mühasibatlıq və karyera ilə bağlı təlimlərin keçirilməsi, sonda isə Milli Mühasiblər Forumunun II hissəsinin keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində gənc mühasiblərin bilik və bacarıqlarının nəzəri və praktiki əsaslarla möhkəmləndirilməsi, onların peşəkar mühasib və təlimçi kimi  inkişaf etmələrinə təkan veriləcək, gənc mühasiblərin karyera yönümlü hazırlığı təşkil olunacaq, onların işlə təmin olunmalarına fürsət yaranacaqdır. Həmçinin II Milli Mühasiblər Forumu nəticəsində Bakı şəhəri və regionlardakı gənclərə yeni dünya görüşü qatacaq, onların peşə seçimi və karyera inkişafı ilə bağlı sualları cavablandırılacaqdır. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat
çatdırılacaq.

Layihə 20 dekabr 2022-ci il tarixindən 20 mart 2023-cü il tarixinə qədər
müddəti əhatə edir.

Gənc Mühasiblər İctimai Birliyi

ŞƏRHLƏR