"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncəyə yeni “elektrobus”lar gətiriləcək

--2019-04-16 / 16:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsmət Qayıbov küçəsinin sakinlərilə görüşüb. Şəhər rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, şikayət və təkliflərini dinləyib.

Görüşdə iştirak edən sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə öz minnətdarlıqlarını bildirib, müraciətlərini səsləndiriblər. Müraciətlər əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, su xəttlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı olub.

İşlə bağlı müraciət edən vətəndaşlar müvafiq olaraq Kəpəz və Nizami Rayon Məşğulluq İdarələrinə yönləndiriliblər. Toraq sahəsi ilə təmin olunmaq istəyən vətəndaşlara isə bələdiyyələrə müraciət etmələri tövsiyyə olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncənin su-kanalizasiya sisteminin yenidən qurulmasını hədəfləyən layihə davam edir. Şəhərin əksər küçələrinin asfalt örtüyü yenilənir, səkiləri səliqəyə salınır. İstismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi üçün də müəyyən addımlar atılıb. Gəncəyə yeni “Elektrobus”ların gətirilməsi istiqamətində danışıqlar aparılır.

Sakinləri narahat edən digər bir sıra məsələlər də şəhər rəhbərinin diqqətinə çatdırılıb. Dilə gətirilən bir çox məsələ yerindəcə öz həllini tapıb, bəzi problemlərin araşdırılaraq aradan qaldırılması istiqamətində idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

http://ganjanews.az/2019/04/16/c%C9%99miyy%C9%99t/niyazi-bayramov-sakinl%C9%99rl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb.html?fbclid=IwAR1NrakGXxqKcsAXwETlFKu-znNQ3mM7vwB_xzbNVf2hpBJekjaY2KM5PPg#.XLXSYb6H7I4.facebook

ŞƏRHLƏR