Gəncə şəhəri Nizami bələdiyyəsindən daxil olan məlumata görə, 2022-ci ildə bələdiyyənin gəlirləri 457.770 manat olub. Bu rəqəm əvvəlki illə müqayisədə on bir artıq deməkdir.
Gəlirlər isə aşağıdakı mənbələrdən formalaşıb. Bələdiyyə il ərzində 26.492 manat fiziki şəxslərdən torpaq vergisi, 180.003 manat fiziki şəxslərdən əmlak vergisi, 1.545 manat bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, 15.007 manat bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan əldə edilən ödəniş, 161.923 manat bələdiyyə əmlakının satışından daxi lolub. Bələdiyyənin digər fəaliyyətindən, yəni “Dəfn və mərasim xidmətləri” sahəsindən gəlir 72.797.90 manat təşkil edib. Ötən il bələdiyyəyə dövlət büdcəsindən 65.000 manat dotasiya ayrılıb.
Hesabat dövründə fiziki şəxslərdən torpaq və əmlak vergisi əvvəlki illə müqayisədə 13.622 manat və ya 17% artmışdır.
Belediyye.info