"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncənin Kəpəz bələdiyyəsində "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib

--2022-06-10 / 16:53
İyunun 9-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Kəpəz rayon bələdiyyəsində "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın şöbə müdiri Həsən Məmmədov, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və psixoloqlar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olub. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu da diqqətə çatdırılıb.
Sonda DQİDK-nin sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” adlı film nümayiş olunub.
Gəncə şəhəri Kəpəz bələdiyyəsi
ŞƏRHLƏR