"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə ağacəkmə aksiyası keçirilib

--2019-05-10 / 13:51

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönmü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov,  idarə, müəssisə və təşkilatların kollektivləri, tələbə-gənclər, həmçinin şəhər ictimaiyyəti də yaxından iştirak edib. 

Nizami Gəncəvi məqbərəsinin ətrafı və şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada  gün ərzində 9 600 ağac və gül kolu əkilib. Əkilən ağaclar Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şamdan ibarət olub.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər

Gəncə ŞİH 

ŞƏRHLƏR