"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

--2019-04-08 / 08:12

Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub. Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  sakinlər və şəhərin qonaqları iştirak edibər. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tamaşaçılar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış edib. Konsert boyu meydanda Azərbaycanın üç rəngli dövlət rəmzləri dalğalandırılıblar. Şən mahnılar, bir-birindən maraqlı milli rəqslər tamaşaçıların alqışları ilə müşayiət olunublar/

Gəncə ŞİH

ŞƏRHLƏR