"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhidləri ziyarət edilib

--2021-10-12 / 06:47

Bir il öncə 10 oktyabr tarixində imzalanmış atəşkəs razılaşmasına məhəl qoymayan Ermənistanın hərbi qüvvələri 11 oktyabr gecə 02:00 radələrində müharibə qanunlarını pozaraq, dinc sakinləri yenidən raket atəşinə tutdu. Hücum nəticəsində 10 nəfər həlak olmuş və 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.

Bu gün Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Nizami Hacıyev, Gəncə Şəhər Nizami Bələdiyyəsinin Sədri Qoşqar Məmmədov, aparatın məsul işçiləri ilə birgə erməni terroru qurbanlarını qəbrləri üzərində yad ediblər.
Həlak olanlara Allahdan rəhmət diləyirik və ailələrinə baş sağlığı veririk/

Gəncə şəhəri Nizami bələdiyyəsi

ŞƏRHLƏR