"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhərində yaralı hərbiçilərimizin ailələri ziyarət edilib

--2022-09-21 / 11:37

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Nizami bələdiyyəsi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan hərbiçilərimizin ailələrini  ziyarət ediblər.

Həm cinin ehtiyyacları qarşılanıb onların ailələrinə maddi yardım edilib və məişət problemləri həll edilib.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycan Ordusu böyük əzm, şücaət göstərərək torpaqlarımızı işğaldan, məkirli düşmənin tapdağından azad etdi. Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla yerinə yetirir. Qeyd olunub ki, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində Azərbaycanın 77 igid övladı şəhidlik zirvəsinə ucalıb. Bununla belə, düşmənə layiqli cavab verilib, şəhidlərimizin qanı yerdə qalmayıb.

Niyazi Bayramov hərbi qulluqçularımızın ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 Gəncə şəhər Nizami bələdiyyəsi

ŞƏRHLƏR